2021-ci il Türk dünyası Qadın Sahibkarlar Komitəsinin sədrliyinin Azərbaycana verilməsi və..
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyəti sədri Səkinə Babayevanın komitənin rəhbəri seçilməsinin ardından davamlı olaraq 7 ölkə arasında “Zoom” platforması üzərindən onlayn iclaslar aparılıb.

Assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, komitənin fəaliyyəti ilə bağlı AQSİA-nın İdarə Heyətinin sədri ilə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreyev arasında İstanbulda görüşlər keçirilib.
Görüşlərdə komitənin fəaliyyətinin genişləndirməsi və yeddi ölkənin sahibkar qadınlarının ölkələrarası iqtisadiyyata səmərəliliyinin artırılması yönündə işlərin aparılması üçün dəstək proqramlarının hazırlanması ilə bağlı danışıqların aparılması əsas hədəf olub.