13-15 may 2022-ci il tarixlərində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası..

(AQSİA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID/Azerbaijan) maliyyə dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) tərəfdaşlığı ilə Bakının mərkəzində yerləşən Park Bulvar ticarət mərkəzində 46-cı “Əl Əməyi, Göz Nuru” qadın sahibkarların əl işlərindən ibarət satış sərgisini keçirir.

Sərgidə 100-dən çox istedadlı qadın sahibkarın hazırladığı müxtəlif məhsullar nümayiş etdirilir və qadın sahibkarlara satış və marketinq səylərini inkişaf etdirməyə kömək edir. Sərgi zamanı nümayiş olunan bütün məhsullar satışa çıxarılır.

Tədbir AQSİA, USAID və KOBİA-nın qadınların iqtisadi tərəqqisini dəstəkləmək məqsədilə effektiv platforma təmin edən sektor olan yaradıcı sənayelərdə qadınlara məxsus mikro və kiçik müəssisələrin inkişafına verdiyi dəstəyin bir hissəsini təşkil edir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən müxtəlif şirkətlərin, qadın təşkilatlarının və biznes assosiasiyaların üzvləri və vətəndaşlar iştirak edirlər.


1 view
cropped-77.png
cropped-77.png