top of page

12 aprel tarixində Bakı 5 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi baş tutub.

Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvü Sima Yaqubova, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Sığortaçılar Assosiyasının İcraçı direktoru Elmar Mirsalayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibin müavini Xəqan Hümbətzadə, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasın İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Yazıçılar Birliyin üzvü, Ədəbiyyat Qəzətinin baş redaktorun müavini, əməkdar jurnalist Adil Cəmil, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, “Regional İnkişaf” Ictimai Birliyinin nümayəndəsi Təbriz Qasımov, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, Bəylər Məmişov, Gülşən Salmanova, İşçi Qrupun üzvü Anar İsayev, 5 saylı Mediasiya təşkilatının mediatorları edib.

Nadir Adilov çıxışı zamanı, Mediasiya Şurası hər zaman ictimai rəylərə diqqətlə yanaşıldığını və keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi üçün ictimai müzakirələr edilməsinə hər zaman açıq olduğunu bildirmişdir.


Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, mediasiyanın ölkəmiz üçün yeni olmasına baxmayaraq nəticələrin yetərində yaxşı olduğunu və bu çətin, məsuliyyətli işdə Mediasiya Şurasına, mediasiya təşkilatlarına uğurlar arzu edib.

Azərbaycan Sığortaçılar Assosiyasının İcraçı direktoru Elmar Mirsalayev Mediasiya Şurası ilə əməkdaşlıqdan, Məşvərət Komissiyasında təmsilçilikdən məmnunluq duyduğunu bildirmişdir.


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katibin müavini Xəqan Hümbətzadə çıxışı zamanı kommersiya mübahisələrində mediasiyanın müsbət tərəflərinin hiss olduğunu və həmtəsisçi kimi,həm də Mediasiya Şurası Məşvərət Komissiyasının üzvü kimi mediasiyaya lazımi dəstəyin göstərildiyini və göstəriləcəyini bildirib.


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışda Mediasiya Şurasının qadın sahibkarların problemlərinin həllində göstərdikləri diqqətdən dolayı öz təşəkkürlərini bildirmişdir.






0 views
bottom of page