1-ci panel müzakirəsi- "Dövlət qurumları, Özəl sektor, Qeyri-hökumət təşkilatlarında qadınların rolu
Noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib.
Forum bir-birindən maraqlı mövzularda keçirilən Panel müzakirələri ilə davam edib

1-ci panel müzakirəsi- "Dövlət qurumları, Özəl sektor, Qeyri-hökumət təşkilatlarında qadınların rolunun genişləndirilməsi" - Səkinə Babayevanın moderatorluğu ilə keçirilib. Qonaq məruzəçilər qismində “KAGİDER-Türkiyə Kadın Girişimciler Derneği” İdarə Heyətinin sədri Emine Erdem, GİKAD-Kıbrıs İdarə Heyətinin sədri İçim Kavuklu Çağıner və "ASMAR" Qazaxıstan Qadın Sahibkarları Mili Assosiasiyası sədri Dinara Allabergen çıxış edib, öz ölkələrində qadın sahibkarlığının inkişafından, onlara dövlət dəstəyindən və birlikdə işləyəcəyimiz yeni layihələrdən bəhs ediblər. Moderator Səkinə Babayeva öz çıxışında bu forumun və forumdaxili panellərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən də 17-ci - “Məqsədlər üçün tərəfdaşlıq” bəndinə əsaslandığını vurğulayıb.


Panel daxili növbəti müzakirədə AQSİA İdarə Heyətinin üzvləri və bir sıra qadın sahibkarlar “Azərbaycanda Qadın Assosiasiyalarının, kollektiv birliklərinin uğurlu nümunələri” mövzusunda müzakirələr aparmışdır.
