Şuşada Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirildi.
Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib.
Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.


“Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.


Forum iştiraçıları həmçinin, Şuşa Qalası, Cıdır Düzü, Vaqifin məğbərəsi, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal zamanı güllələnmiş büstləri ilə tanış olublar. Qeyd edək ki, AQSİA İdarə Heyətinin Sədri Səkinə Babayeva ötən il Türkdilli Xalqların Qadın Komitəsinin sədri seçilmişdir.