top of page

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib.

24yanvarda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin qalibləri, layihə rəhbərləri, media nümayəndələri və blogerlər, həmçinin AQSİA İH sədri Səkinə Babayeva iştirak edib.




Konfrans şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva mətbuat konfransının məqsədi haqqında məlumat verib və bildirib ki, qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatı tərəfindən layihə təqdim olunub, onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.


Qalib gələn layihələrin əsas qayəsində Şuşanın tədqiqinə həsr olunmuş layihələr, eyni zamanda, blogerlərin, müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, orada düşərgələrin keçirilməsi olub. Həmçinin xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin, elmi konfransların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi əks olunub.

Tədbir zamanı AzTV-nin müxbiri Günay xanımın “Layihənizin Fransada keçirilməsi sizə nə dərəcə çətinlik törədib?” sualını cavablandıran AQSİA İH sədri Səkinə Babayeva bildirib ki, bu layihənin Fransada keçirilməsi bizim üçün çətin, eyni zamanda qürurverici bir nüans idi. “Qarabağ İncilərinin Avropa Sədası” layihəsi ilə bağlı statistik göstəriciləri xüsusi vurğulayan sədr ARB TV əməkdaşının layihənin davamı ilə bağlı verdiyi suala cavab olaraq bildirib ki, assosiasiya olaraq bu layihənin Zəfər Günündə Qarabağ İncisi Şuşada keçirilməsini planlaşdırırıq və həm dövlət həm özəl sektor nümayəndələrindən bu əsrarəngiz layihədə AQSİA ilə tərəfdaşlığa çağırırıq.


Mətbuat konfransına şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekun vurulub.



0 views
bottom of page