top of page

Şəhid xanımları və sahibkarlar iftar süfrəsində bir araya gəldilər.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə şəhid xanımları və sahibkarlar iftar süfrəsində bir araya gəldilər.


AQSİA-nın təşkilatçılığı, Qranit QP və Dayaq Patronaj xidmətlərinin dəstəyi ilə iftar süfrəsi təşkil olunub. 44 günlük müharibədə şəhid olan qəhrəmanlarımızın xanımlarının da iştirak etdiyi tədbir şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Açılış nitqində AQSİA İH sədri Səkinə Babayeva bildirib ki, şəhidlərimizin ailəsi bizlərə əmanətdir və onların şəxsi inkişafı və iqtisadi gücləndirilməsi üçün əlimizdən gəldiyi qədər dəstək oluruq və dəstəklərimizi də əsirgəməyəcəyik.




Şəhid xanımlarına göstərdiyi xüsusi diqqətə görə tərəfdaşlarımız Oba Marketlər şəbəkəsi, Ləzzət Kulinariya, Coca-Cola, Avesta və BSC consulting təşəkkür edirik.



0 views