top of page

Şəhi̇d Əli̇hüseyn Məmmədova Həsr Olunan “Mən Əli̇yəm” Adli Ki̇tabın Təqdi̇matı Keçi̇ri̇li̇b

Bu gün Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş “Dönməsəm, xatirəm qalsın” adlı tədbir keçirilib. Tədbirdə şəhidin həyat və döyüş yolunu özündə əks etdirən “Mən Əliyəm” adlı kitab geniş ictimaiyyətə təqdim olunub.


ARANTV.AZ xəbər verir ki, tədbirdə öncə vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca isə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Nazir mədəniyyət xadimlərinə dəstəklə bağlı mexanizmin yaradılmasını istəyir.


Tədbiri giriş sözü ilə açan aparıcı Nuranə Gülər “Kimdir Əlihüseyn” videoçarxını tədbir iştirakçılarına təqdim edib.


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva şəhidin sağlığında həyata keçirtmək istədiyi arzularından danışıb: “Əlihüseynin arzusu “Əli Burger” fəstfud şəbəkəsi yaratmaq idi və biz şəhidin anası Arzu Məmmədova ilə birgə tezliklə onun bu arzusunu reallaşdırmağa çalışacağıq!”


Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev isə 44 günlük Vətən müharibəsindən və şanlı zəfərimizdən söz açaraq şəhidlərin xatirəsinin daima diqqətdə saxlamağın vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı isə çıxışında rəhbəri olduğu ali təhsil müəssisəsinin ümumilikdə 23 şəhid verdiyini qeyd edib və şəhidlərin hər birinin adına auditoriya təsis ediləcəyi haqda məlumat verib.


Millət vəkili Hicran Hüseynova torpaqlarımızın alınmasında gənclərimizə borclu olduğunu bildirib: “Bu gün bu kitabın ərsəyə gəlməsi şəhid balamız Əlihüseyn Məmmədovu tarixin bir səhifəsinə yazdı.

Qəhrəmanlıq göstərən gənclərimiz haqqında bu kitablar onlardan sonra gələn gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olacaq.”

0 views
bottom of page