“Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib.
Noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər:Qadın Sahibkarlara Yaşıl İşıq”adlı V Forum keçirilib. Forumda 32 ölkədən beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri, qadın sahbkarlar, investorlar, assosiasiyalar, özəl sektor nümayəndələri daxil olmaqla 2000-dən çox şəxs iştirak edib

Forumda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı da iştirak edib . Səfir çıxışında bildirib ki, Azərbaycan Vətən müharibəsindəki Zəfəri ilə regionda və dünyada yeni fürsət pəncərəsi yaradıb. Üçtərəfli bəyanatın imzalanmasından iki il keçib. Hələ də ortada sülh müqaviləsi, danışıqlar masasında delimitasiya və demarkasiya ilə bağlı nəticə yoxdur. Bu, təmin edilmədən Orta Dəhlizin tam inkişaf etdirilməsi mümkün deyil. Orta Dəhlizdə problemlər var"“Azərbaycan və Türkiyə prezidentlərinin istəyi iki ölkə arasında illik ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Bu gün bu göstərici 5 milyard ABŞ dolları təşkil edir. Biz 3,6 milyard dollardan 5 milyard dollara çatdıq. Buna son 4 ildə nail olduq”, - səfir əlavə edib.

Forumun rəsmi hissəsində çıxış edən Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin Sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, bugünkü tədbir Azərbaycan qadın hərəkatının inkişafında özünəməxsus rol oynayacaq. Azərbaycan qadınının uğurları kifayət qədərdir. Dövlətimizin iqtisadi inkişafında sahibkar qadınlarımızın rolu böyükdür. Sahibkarlığın, xüsusilə də qadın sahibkarlığının inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdəndir. Bu gün Azərbaycan qadınlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatda rolu getdikcə artır.


Forum "Qarabağ İncilərinin Avropa Sədası" Layihəsi çərçivəsində nümayiş olunan defilə Auksionu və şam yeməyi ilə müşayət olunan Qala gecəsi ilə yekunlaşıb. Qeyd edək ki, konfrans çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.