top of page

Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatovun rəhbərlik etdiyi..

20-dən çox özbək sahibkarı Azərbaycanda işgüzar səfərdədir.Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) əməkdaşlıq etdiyi Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən üçgünlük səfər qrafiki üzrə görüşlər davam edir.

İyunun 20-də özbəkistanlı sahibkarlar İqtisadi Zonaların İnkişafı Agentliyində sənaye parkları haqqında ətraflı məlumat əldə ediblər və Sumqayıt sənaye parkındakı müəssisələrlə tanış olublar. Nümayəndə heyəti həmin gün “Azərsun Holdinq”də də görüş keçirib və qarşılıqlı maraq doğuran sahələr üzrə konkret danışıqlar aparılıb.

KOBİA-da görüşdə isə Özbəkistan tərəfi Azərbaycanın kiçik və orta biznesin inkişafı ilə bağlı təcrübəsi ilə maraqlanıblar.

İyunun 21-də isə Hyatt Regency otelində Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib. Forumu açan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva eyni kökün, eyni mədəniyyətin daşıyıcısı olan iki xalq arasında iqtisadi əməkdaşlığın ildən-ilə yüksəldiyini bildirib.

Biznes-forumda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələri də iştirak edib.

1 view