top of page

“Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb.

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının (Association of Swiss Women & Empowerment) dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi açılıb.

Sərgidə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.

Açılış mərasimində çıxış edən BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya “Çağırışın 17 siması” adlı fotosərginin reallaşdırılması prosesindən danışıb. Bildirib ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirir.

“Azərbaycan “Çağırışın 17 siması” adlı fotosərginin həyata keçirilməsi təşəbbüsünə cavab verən ilk ölkə olub. Ona görə də bu gün Bakıda açılan ilk sərgi nadir və daha çox simvolikdir. Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğində çox fəal olan 17 Azərbaycan qadını daha ədalətli dünyanın yaradılmasında yaxından iştirak edir. Ümidvarıq ki, bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının digər ölkələri tərəfindən də reallaşdırılacaq. Sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”, - deyə Tatyana Valovaya diqqqətə çatdırıb.


Layihə ilk dəfə olaraq Azərbaycanda həyata keçirilib və 2022-2023-cü illər ərzində dünyanın daha 16 ölkəsində reallaşdırılacaq. Hər ölkədən öz dəyərlərini və mədəniyyətini təmsil edən, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun gələn 17 qadın seçiləcək. Milli sərgilərdən sonra 2023-cü ildə İsveçrənin Cenevrə şəhərindəki Millətlər Sarayında (Palais des Nations) 17 ölkənin 17 seçilmiş qadınının təmsil olunduğu sərgi keçiriləcək.

0 views
bottom of page