AZERBAIJAN WOMEN'S ENTREPRENEURSHIP DEVELOPMENT ASSOCIATION
(+994) 050 600 76 06
İyunun 12-də AQSİA-nın təşəbbüsü və təşkilatçılığı ilə daha bir xeyriyyə aksiyası keçirilib. MedEra Hospitalda gerçəkləşdirilən sünnət xeyriyyə aksiyasına aztəminatlı ailələrin, daha dəqiq desək, Xocalıdan olan məcburi köçkün ailələrindən və “Ümid Var” xeyriyye könüllüləri birliyindən 15 usaq cəlb olunub.
2019-cu il, may ayının 18-də, saat 17:00-da Xətai Sənət Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının dəstəyi, AQSIA-nin Sosial Məsələlər Komisiyasının rəhbəri Gülnarə Xəlilovanın təşkilatçılığı ilə “Qızıl Ay” İncəsənət Mərkəzinin rəssamlarının “Yay tətilim” mövzusunda tədbiri həyata keçirildi.
09.07.2019 –cu il tarixində Mərakeş Krallığının Azərbaycandakı Səfiri Cənab Məhəmməd Adil Embarşın və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və Beynəlxalq Əlaqlər Üzrə komisyasinin birgə təşkilatçılığı ilə Azərbaycan və Mərakeş iş adamlarından ibarət ziyafət mərasimi keçirilib.
AQSİA 22 İyul Milli Mətbuatın 146 illiyi münasibətilə media nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Tədbirdə Assosasiyanın üzvləri, sahibkar xanımlar, media rəhbərləri və tanınmış jurnalistlər iştirak edib. Asossiasiyanın İH-nin sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva 22 İyul Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun dəstəyi və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosasiyasının (AQSİA) təşəbbüsü ilə Bakı Biznes mərkəzində “Qadın Sahibkarların Güzəştli Maliyyə Resurslarına Çıxışlarının Dəstəklənməsi” mövzusunda işgüzar görüş və qadınların əl işlərindən ibarət sərgi keçirilib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil olunan, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereeotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramının dəstəyi ilə Bakıda AQSİA-nın kiçik sahibkarlarının əl işlərinin satışının keçirildiyi “47-ci Əl əməyi, göz nuru” sərgisi keçirildi.