top of page
PngItem_755480.png

ADVERTISEMENTS

Anchor 1
Beyaz arkaplan
logolar (5).png

🎉 Müsabiqənin Qalibi Açıqlandı! 🎉

"Aşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində dayanıqlı gələcək üçün fərq yaradan ideyaların seçildiyi müsabiqəmizdə qalib adını Ayla Əsgərova qazandı! 

 

Ayla Əsgərova müsabiqəyə qatılan çoxsaylı iştirakçılar arasından seçilərək qalib oldu. Onun təqdim etdiyi “Yaşıl İnqilab” mövzusu üzrə layihəsi ətraf mühitin qorunmasına dair unikal yanaşması ilə münsiflərin diqqətini çəkdi. Layihənin əsas üstünlüyü, təbiətə birbaşa müsbət təsir göstərə biləcək konkret həllər təqdim etməsi və uzunmüddətli nəticələrə zəmanət verən bir baxış ortaya qoymasıdır.

 

Ayla Əsgərovanın layihəsi, təkcə ekoloji problemlərin həlli üçün innovativ yollar təklif etmir, eyni zamanda cəmiyyətin ekoloji məsələlərdə daha aktiv iştirakı üçün motivasiya yaradır. Bu yanaşma, layihəni yalnız nəzəri deyil, həm də praktik və geniş təsirli bir həll olaraq fərqləndirdi.

 

Münsiflər heyəti layihəni qiymətləndirərkən onun tətbiq edilə bilən, ölçülə bilən və gələcək nəsillərə real töhfə verə bilən bir ideya olduğunu vurğuladı. Məhz bu üstünlüklər Ayla Əsgərovanı bu müsabiqənin qalibi etdi.

 

Təbrik edirik və yaşıl gələcək üçün bu cür ilhamverici addımların davamlı olmasını arzulayırıq! 🌍💚

Beyaz arkaplan
2.png

Yaşıl Dünya naminə Həmrəylik İli çərçivəsində dayanıqlı gələcək üçün fərq yaradan ideyaları üzə çıxarmaq məqsədilə müsabiqə elan edirik! Əgər siz də təbiətin qorunmasına, sosial dəyişikliklərə və dayanıqlı inkişafa töhfə vermək istəyirsinizsə, iştirak edin və qalib müsaqbiqənin qalibi olun.

Müsabiqənin məqsədi: Dayanıqlı inkişafı dəstəkləyən və gələcək nəsillərə töhfə verən yenilikçi ideyaları üzə çıxarmaq və dəstəkləməkdir.


İştirakçılar üçün mövzu istiqamətlər:
Yaşıl İnqilab: Təbiəti canlandırmaq üçün yeni ideyalar – ətraf mühitin qorunmasına dair ilhamverici layihələr və ekoloji tarazlığı bərpa edən həll yolları
Sosial Harmoniya: İcma rifahını artıran və cəmiyyətdə sosial məsuliyyəti gücləndirən layihələr.
Texnoloji Yeniliklər: Dayanıqlı enerjinin istifadəsini təşviq edən və gələcəyə töhfə verən texnologiya və innovasiyalar.


🔹Müsabiqənin başlama tarixi: 30 Oktyabr 2024 - cü il
🔹 Son müraciət tarixi: 9 Noyabr 2024-cü il saat 23:00


Qalib layihə cop29-da 11 Noyabr tarixində yaşıl zonada nümayiş etdirilərək aidiyyəti qurumlara və investorlara təqdim olunacaq.

İştirak üçün link:

https://forms.gle/zMy3ccD7CqhvjNFF9

Yaşıl Dünya naminə gücümüzü birləşdirək və davamlı gələcək üçün əl-ələ verək!

Beyaz arkaplan
50cf65a0-615e-4284-8001-355a84724567.jpg

Hörmətli Xanımlar və Bəylər,

Sizi 6-8 Mart tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil olunan, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereeotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramının dəstəyi ilə  Bakıda AQSİA-nın kiçik sahibkarlarının əl işlərinin satışının keçirildiyi “47-ci Əl əməyi, göz nuru” sərgisində iştirak etməyə dəvət dəvət edirik. 

Daha ətraflı məlumat üçün aşağdakı linkdən keçid edə bilərsiniz.

Beyaz arkaplan
WhatsApp Image 2023-03-14 at 14.02.14.jpeg

Hörmətli Xanımlar və Bəylər,

Sizi 8-9 fevral  tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) beynəlxalq tərəfdaşları MediaOst və WEIA ilə birlikdə Bakıda keçiriləcək "Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar"  Forumunda iştirak etməyə dəvət edirik. 

Daha ətraflı məlumat üçün aşağdakı linkdən keçid edə bilərsiniz.

Hörmətli Xanımlar və Bəylər,

Sizi 23 noyabr tarixində AQSİA tərəfindən təşkil edilən “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı 5-ci Forumda iştirak etməyə dəvət dəvət edirik. 

Daha ətraflı məlumat üçün aşağdakı linkdən keçid edə bilərsiniz.

Did you want to work with us? 

Thank you! We'll be in touch.

Suggest a project

Thank you! We'll be in touch.

Video Conference
  • Whatsapp

 (+994) 50 7174664

Food photographer
  • Instagram

Instagram

Self Video Recording
  • YouTube

YOUTUBE

  • White Facebook Icon

FACEBOOK

bottom of page